Ölkə futbolu

Artıq məlumdu: “Qarabağ” nə vaxt Londona gedir?

Sentyabrın 12-si UEFA Çempionlar Liqasının C qrupunun ilk oyunları çərçivəsində səfərdə “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın Londona yola düşəcəyi tarix məlumdu.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, “köhlən atlar” oyundan 2 gün öncə bazar günü saat 17:00-da Çarter reysi ilə hərəkət edəcək. 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43