Türkiyə çempionatının 3-cü liqasının 1-ci qrupunda transfer gerçəkləşib.
İdmanxeber.com-un məlumatına görə, sözügedən keçid məşhur futbolçu Hakan Çalhanoğlunun qardaşı Muhammed Çalhanoğludan gedir. Türkiyənin aşağı liqa təmsilçilərindən “Bayburtspor”la müqavilə imzalayan 21 yaşlı Çalhanoğlunun son iş yeri “Gümüşhanespor” olub.
Maraq üçün bildirək ki, Muhammed də qardaşı Hakan kimi cərimə zərbələrini ustalıqla yerinə yetirir.