İdman

Azərbaycanlı hakimlərin Avropadakı oyunlara təyinatları bəlli oldu

Azərbaycanlı FİFA referiləri bir neçə oyuna təyinat alıblar. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rəhim Həsənov sentyabrın 26-da, İstanbulda keçiriləcək UEFA Gənclər Liqasının “Beşiktaş” – “Leyptsiq” oyununu idarə edəcək. 
Əliyar Ağayev isə 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində  12-ci qrupun oyunlarında idarəçilik edəcək.


UEFA Gənclər Liqası


26 sentyabr. “Beşiktaş” (Türkiyə) – “Leyptsiq” (Almaniya)
Hakimlər:
 Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli

U-19 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov
Oyunlar 3 -11 oktyabr tarixlərində Albaniyada keçiriləcək

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov
Oyunlar 16 oktyabr – 24 oktyabr tarixlərində Kiprdə keçiriləcək

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta
Hakimlər:
 Ömər Paşayev, Namiq Hüseynov
Oyunlar 25 oktyabr – 2 noyabr tarixlərində Maltada keçiriləcək

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi

8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova
Hakimlər
: Yuliya Qurbanova, Gülyana Güvəndiyeva
Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43