Dünya futbolu

“Atletiko”nun müdafiəçisi “Real”a keçir

“Alaves”in müdafiəçisi Teo Ernandes Madrid “Real”ına keçəcək.

Bu barədə  “Marca” məlumat yayıb. Məlumata görə, futbolçu artıq tibbi müayinədən keçib. Onun transfer dəyəri müqaviləsində yazılan 24 milyon avro təşkil edəcək

19 yaşlı müdafiəçi “Atletiko”ya məxsusdur, “Alaves”də icarə əsasında oynayır.

Bu mövsüm Ernandes İspaniya çempionatında 31 oyunda meydana çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43