Milli komanda

“Avro-2016”: Azərbaycan – İtaliya matçına nə qədər bilet satılıb?

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İtaliya matçına bilet satışı davam edir.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayəl Nərimanoğlunun İdmanxeber.com-a verdiyi məlumata görə, dünənə kimi 35 min bilet satılıb. Oyun saatına kimi bu rəqəmin daha böyük olması gözlənilir.

Qeyd edək ki, Bakı Olimpiya stadionu 69 min tamaşaçı tutumuna malikdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43