Kateqoriyasız

İtaliya – İrlandiya oyunu azərbaycanlı hakimə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43