Kateqoriyasız

“Bizim üçün çәtin olacaq…” – Ruslan Abışov

Sabah Azәrbaycan milli komandası AÇ-2016-nın seçmә mәrhәlәsi çәrçivәsindә İtaliya millisi ilә qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyundan öncә milli komandamızın üzvü Ruslan Abışov mәtbuat konfransında öz fikirlәrini bildirib.

Abışov gәrgin matç olacağını bildirib:

“Bizim üçün çәtin olacaq. İtaliya millisindәn danışmağa ehtiyac yoxdur. Sadәcә sabah meydana çıxıb bacardığımızı edәcәyik. Yaxşı oyun göstәrmәyә çalışacağıq və göstәrmәk fikrimiz var”. (qafqazinfo)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43