Dünyadan

“Avro-2016″nın ən yaxşı hakiminin adı açıqlanıb

İtaliyalı hakim Nikola Ritsoli bu ilin yayında Fransada keçirilən Avropa Çempionatının ən yaxşı hakimi seçilib.

İdmanxeber.com-un məlumatına görə, əfsanə hakim Culio Kamapanati xatirəsinə verilən ilin hakimi mükafatında “Avro 2016″da biri yarım final olmaqla 3 matç idarə edən Ritsoli bu ada layiq görülüb. 

Növbəti həftə baş tutacaq İtaliya – Almaniya matçını idarə edəcək hakim, oyundan öncə mükafatını alacaq. Qeyd edək ki, Nikola Ritsoli DÇ-2014 hakimləri arasında da ilk sıraya qalxa bilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43