Dünyadan

“Barselonanın təklifini geri çevirmək çox çətin oldu”

“Borussiya Dortmund”un 22 yaşlı portuqaliyalı müdafiəçisi Rafel Querreyro yay transfer pəncərəsində “Barselona” klubundan gələn təklifi rədd etdiyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu, “Borussiya Dortmunda gəlməyimin karyeram üçün daha məntiqli seçim olacağını düşündüm. Hələ yaşım gəncdir və daha da inkişaf etmək üçün yaxşı oynamaq məcburiyyətindəyəm. “Barselona”nı rədd etmək çox çətin qərar idi, ancaq “Bundesliqa”da çıxış etmək üçün onların təklifini rədd etdim”, – deyə danışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43