Kateqoriyasız

AVRO-2020: Bakıdakı oyunlarda azarkeş sayı 75 faizə qədər artırıla bilər

“İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bu, 75 faizə qədər də arta bilər”.

İdmanxeber.az-ın məlumatına görə, bunu UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı Türkiyə mətbuatına açıqlamasında deyib.

O, daha sonra sözlərinə belə davam edib: “Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun. Bilirik ki, bütün stadion bizi dəstəkləyəcək. Orada çox uğurlu çıxış edəcəyimizə inanırıq”.

Xatırladaq ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Eləcə də 1/4 final mərhələsinin 1 oyunu bu arenada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43