Ölkə futbolu

“Avropa çempionatına vəsiqə qazanmaq istəyirik” – Rövnəq Abdullayev

“Futbolun inkişafına yönələn layihələr davam edir. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi sevindirici haldı”. Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti hesabat konfransının açılışında deyib.

Assosiasiya rəhbəri ötən ilin çıxışlarından danışıb: “Uğurlarımız bununla bitmir. U-19 millimiz Avropa çempionatının elit-raundunda uğurlu çıxış etdi, həmçinin, “Qarabağ” çıxışını davam etdirdi. Təəssüflər olsun ki, milli komandamız Millətlər Liqasında uğurlu çıxış edə bilmədi. AFFA-nın qərarı ilə baş məşqçimizi dəyişdik. Baş məşqçimiz Nikola Yurçeviçə işində uğurlar arzu edirəm”.

Abdullayev millinin AVRO-2020-nin seçmə mərhələsində hədəfini açıqlayıb: “Millimizi çətin sınaq gözləyir. Komandamıza uğurlar arzu edirik. Avropa çempionatında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Ümid edirəm ki, ötən ilki uğursuzluqları təkrarlamayacağıq. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çətin olsa da, şanslarımız var. Komandamıza uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43