Kateqoriyasız

Avropa Liqası: “Qarabağ”ın rəqibinin iştirak ərizəsi

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” iştirak ərizəsini açıqlayıb.

İdmanxeber.az saytı xəbər verir ki, Karlos Korberan avrokubok matçları üçün 30 futbolçuya ehtiyac duyub. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 8-i isə hücumçudur. İspaniyalı çalışdırıcının müəyyənləşdirdiyi heyətdən 6 nəfər B siyahısındadır.

Qapıçılar: 1. Tomaş Vaçlik (Çexiya), 88. Kostas Tzolakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalyko (Xorvatiya), 14. Tanasis Androtsos, 23. Leonardo Kutris, 24. Usseynu Ba, 66. Pape Abu Sisse (hər ikisi Seneqal), 26. Qonzalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann Mvila, 28. Metyu Valbuena (hər ikisi Fransa), 8. Pyerr Kunde (Kamerun), 10. Filip Zinkernaqel (Danimarka), 22. Aqibu Kamara (Qvineya), 33. İnbeom Hvan (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 9. Ahmed Hassan (Misir), 11. Yussef El-Arabi (Mərakeş), 17. Marius Vrusay, 19. Giorqos Masuras, 30. Konrad De La Fuente (ABŞ), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Niderland), 97. Lazar Randyeloviç (Serbiya);
Baş məşqçi: Karlos Korberan (İspaniya).

“Olimpiakos” G qrupunda ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”a qarşı keçirəcək. “Qarabağ” həmin gün Almaniyada “Frayburq”un qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43