Dünya futbolu

“Çelsi”nin hücumçusu “Fənərbağça”da

“Çelsi”nin hücumçusu Mişi Batşuayi karyerasını “Fənərbağça”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə,  Belçika millisinin üzvü tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.

Qeyd edək ki, 2016-cı ildə “Marsel”dən “Çelsi”yə keçən Batşuayi Dortmund “Borussiya”sı, “Valensiya”, “Kristal Palas” və “Beşiktaş”da icarə əsasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43