Dünya futbolu

Avropa Liqası: Şahruddin ilk “3-lük”-də

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçudur.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu 5 qarşılaşmada 10 dəfə buna nail olub. Qanalı forvard iki dəfə rəqib qapılarına yol tapıb.

Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev də siyahıda var. O, ən çox qurtarış edən qapıçılardan biridir. 28 yaşlı qolkiper 5 matçda 20 seyvlə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada “Nant”a 1:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43