Dünya futbolu

Ayaz Quliyev Rusiya millisinə dəvət alıb

Ayaz Quliyev heyətdə olacaq.

İdmanxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya U 21 millisinin Misirlə oynanılacaq yoxlama matçı və AÇ-2019-un seçmə mərhələsində Serbiya ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Milli komandanın baş məşqçisi Yevgeni Buşmanov “Rostov” klubunda çıxış edən əslən azərbaycanlı olan Ayaz Quliyevi də milliyə dəvət edib. 

Qeyd edək ki, A. Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da diqqət mərkəzindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43