Ölkə futbolu

Ayxan Abbasov: “Cavab matçında daha yaxşı çıxış edəcəyik”

“Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib: “Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43