Dünya futbolu

“Səbail” Oman millisi ilə heç-heçə etdi

“Səbail” Türkiyə toplanışında bu gün ilk yoldaşlıq oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Omanın U-23 yığması ilə qarşılaşan Samir Əliyevin yetirmələri meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, “Səbail” növbəti yoldaşlıq oyununu iyulun 15-i Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43