Ölkə futbolu

Ayxan Abbasov: “Qələbəmizi Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik”

“Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq. Ümumiyyətlə, ilk hissədə çox sayda səhvə yol verdik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında səfərdə “Differdanj”a qalib gələrək (2:1) növbəti mərhələyə adladıqları görüşü şərh edən gənc məşqçi bu yerə layiq olduqlarını bildirib:
“Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik.
Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43