İdman

Azərbaycan gimnastlarından 7 qızıl medal

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.

İdmanxeber.az məlumat verir ki, birinci böyüklər, ikinci isə gənclər arasında bu nailiyyətə imza atıb.

Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43