Ölkə futbolu

AFFA bu liqanı ləğv etmək istəyir

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında mühüm məsələlər müzakirə olunacaq.

İdmanxeber.az-a verilən məlumata görə, müzakirəyə çıxarılacaq mövzulardan biri də əvəzedicilər liqası ilə bağlıdır. Belə ki, AFFA rəhbərliyi növbəti mövsümdən sözügedən çempionatı ləğv etmək niyyətindədi.

İclasda İK üzvlərinin qərarına əsasən, əvəzedicilər liqasının taleyinə aydınlıq gələcək. Böyük ehtimalla çempionatın növbəti mövsümdən keçirilməyəcəyi gözlənilir. 

Yekun qərar AFFA İK-nın növbəti iclasında veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43