Dünya futbolu

Ndikanın vəziyyəti yaxşıdır

Dünən keçirilən “Udineze” – “Roma” (1:1) görüşü qonaqların müdafiəçisi Evan Ndikanın halı pisləşdiyinə görə yarıda dayandırılıb.

İdmanxeber.az məlumat verir ki, xəstəxanaya aparılan oyunçunun vəziyyəti yaxşıdır və ciddi bir problemi yoxdur.

Ndika ötən ilin yayında azad agent kimi “Roma”ya qoşulub. O, bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43