Ölkə futbolu

Azərbaycan Kuboku: Finalda “Zirə” və “Qarabağ” qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Zirə”ni qəbul edib. Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu dəfə də qalib gələn tərəf “qartallar” olub – 0:2.

Digər oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gəlib. İlk görüşdə səfərdə rəqibini böyük hesabla məğlubiyyətə uğradan Ağdam təmsilçisi bu dəfə də rəqibini darmadağın edib – 4:1.

Final matçı iyunun 2-də keçiriləcək.

Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar

17:00. “Qəbələ” – “Zirə”

Qol: Kulaç 59, Utziq 84

Qəbələ şəhər stadionu
İlk oyun 1:2

20:00. “Qarabağ” – “Neftçi”

Qollar: Juninyo 16, 70, Qara Qarayev (avtoqol) 62, Nəriman Axundzadə 77 – Mirzov 64

Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43