Kateqoriyasız

“Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm” – Renat Dadaşov

Millimizin futbolçusu Renat Dadaşov “transfermarkt.ch” saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvard son illərdə Azərbaycanda idmanın inkişaf etdiyini bildirib:

“Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm. Düşünürəm ki, Qətərdəki dünya çempionatı autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AVRO-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43