Dünya futbolu

“Azərbaycan millisi yüksək keyfiyyətli komandadır” – erməni məşqçi

“Krasnodar-3” komandasının baş məşqçisi Mxitar Davidyan Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən Azərbaycanın U-19 millisi ilə oyunu (1:1) şərh edib.

klubun saytına danışan erməni  çalışdırıcı yığmamızın yüksək keyfiyyətli komanda olduğunu  bildirib:

“Onlar yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı komandadır. Bir sözlə, rəqib layiqli komanda idi. Biz isə oyun epizodlarında pis deyildik. Ancaq göründüyü ki, uşaqlarla hələ çox işləməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43