Kateqoriyasız

“Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm” – Lopeteqi

“Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi İspaniya  La Liqasının 5-ci turunda “Real”a qarşı matçdan sonra mətbuat konfransında deyib.

O, “Real”a məğlubiyyəti şərh edərkən daha sonra sözlərinə belə davam edib:

“Real”la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla bəhanə gətirmək istəmirəm. Həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik”.

Xatırladaq ki, “Sevilya” Bakıda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43