Kateqoriyasız

“Azərreyl” klubu avrokuboklarla erkən vidalaşıb

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda mübarizəni dayandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Eldar Yusubovun baş məşqçisi olduğu komanda 1/16 final mərhələsinin cavab matçında Almaniyada “Zul” kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub.

“Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı – 1:3.

Qeyd edək ki, daha əvvəl kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış Kuboku ilə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43