Kateqoriyasız

Xorvatiya – Mərakeş matçının da hakimləri bilindi

DÇ-2022-nin 3-cü yer uğrunda keçiriləcək Xorvatiya – Mərakeş oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassim köməkçiləri isə Taleb Əl-Marri və Saud Əl-Maqaleh olacaq.

Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.

 Dekabrın 17-də keçiriləcək Xorvatiya – Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43