Ölkə futbolu

AZAL-a 3-lük

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən AZAL heyətinə daha 3 futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”  Mahsum Qənbərli, Elvin Həsənəliyev və İlyas Səfərzadə ilə razılığa gəlib.

Hər 3 futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İlyas Səfərzadə və Mahsum Qəmbərli son mövsümü “Xəzər Lənkəran”da, Elvin Həsənəliyev isə “Rəvan”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43