Dünya futbolu

Messi və atasına 21 aylıq həbs cəzası verildi

Leonel Messi və atası 21 aylıq həbs cəzası alıb.

İdmanxeber.com-un məlumatına görə, İspaniyada 4,1 milyon avro vergi qaçaqçılığı edən ata və oğula müvafiq olaraq 2 və 1,5 milyon avro cəza verilib.

İspan qanunlarına görə, onlara verilən həbs cəzası 2 ildən az olduğu üçün həbsxanada yatmayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43