Ölkə futbolu

AZAL-da klubdaxili iclas keçirildi, Vaqif Sadıqov istefa verdi

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov tutduğu postdan istefa verib.

İdmanxeber.com-un məlumatına görə, istefanın səbəbi AZAL-ın Premyer Liqada göstərdiyi zəif nəticələrdi. Belə ki, “təyyarəçilər” mövsümün başlanğıcında qarşıya qoyulan hədəfə çata bilməyincə, Sadıqov bu gün keçirilən klubdaxili iclasda istefa verib. 

Vaqif Sadıqov bu qərarını günün sonunda futbolçulara da rəsmən bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43