Ölkə futbolu

“Qaradağ”ın baş məşqçisi Binə stadionundakı qalmaqaldan danışdı: “…tərbiyəsiz jest etdi”

Birinci divizionda 21-ci tur çərçivəsində keçirilən "Neftçala" – "Qaradağ Lökbatan" matçında qalmaqal baş verdiyi haqda sizə məlumat vermişdik.

Belə ki, "Qaradağ" hesabda öndə olduğu matçda artırma dəqiqələrində qapısında iki qol görməsi qonaq komandanın əsəblərini tarma çəkmişdi. Nəticədə oyundan sonra hər iki klubun futbolçuları və rəsmiləri arasında gərginlik yaşanıb.

"Qaradağ"ın baş məşqçisi Adil Mahmudov idmanxeber.com-a verdiyi açıqlamada Binə stadionunun meydanında baş vermiş əlbəyaxa davanı belə izah edib:

"Əslində ciddi bir şey yoxdu. Sadəcə "Neftçala"nın futbolçusu qol vurduqdan sonra mənə və məşqçilər heyətinə dönərək ədəbsiz jest etdi. Bundan sonra bir az gərginloik yaşandı. Hakim həmin futbolçunu meydandan qovdu. Lakin digər tərbiyəsiz jest edən futbolçuların hjamısını hakim qova bilməzdi. Üç futbolçu eyni hərəkəti etdi və üçünün cəzasını biri çəkdi. Matçdan sonra mən və klub prezidenti "Neftçala"nı qələbə münasibəti ilə təbrik etdik".

 

.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43