Ölkə futbolu

AZAL – “İnter” matçındakı qalmaqal klublara baha başa gəldi

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXIII turunun  AZAL  – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubunun 19 №-li futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

“İnter” klubunun fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanır, klub 10 000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8).

Oyunda hər iki komandanın iştirakilə baş vermiş insidentlərə görə hər iki klub 3000 manat cərimə olunur (maddə 49.b).

Əvəzedici heyətlərin XXIII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun XVI turunun “Şəmkir” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XVI turunun “Şahdağ” – MOİK matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XVI turunun “Bakılı” – “Mil-Muğan”  matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43