Kateqoriyasız

AZAL millimizi darmadağın etdi

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Tərlan Əhmədovun yetirmələri 21 yaşlılardan ibarət millimizlə qarşılaşıb. Oyun “təyyarəçilər”in darmadağını ilə başa çatıb – 3:0. 

Komandanın qollarını Aydın Qasımov, Oskars Klyava və Valeri Kursenko vurub.

Qeyd edək ki, AZAL hazırda ölkə çempionatının turnir cədvəlində 31 xalla 6-cı pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43