Kateqoriyasız

Azarkeşlər “Qarabağ”ı ziyana saldı

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

İdmanxeber.com sizi həmin qərarlarla tanış edir:

Premyer Liqanın XIV turunun “Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.  

Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun 9 №-li futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.  

Premyer Liqanın XIV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.      

Oyunun fasiləsi zamanı “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur.

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XIV turunun “Kəpəz”  – “İnter” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Budaq Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XIV turunun “Zirə”  – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Zirə” klubunun 15 №-li futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XIV turunun “Qəbələ” – “Rəvan” matçının 88-cı dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43