Kateqoriyasız

Azarkeşlərin nəzərinə: “Qarabağ” – “Seltik” matçının biletləri bu vaxtda satışa çıxarılacaq və qiymətlər bəllidi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Qarabağ” – “Seltik” matçının biletləri avqustun 2-də satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, biletlər müvafiq olaraq 1, 2, 10 və 50 AZN olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Seltik” matçı avqustun 5-i saat 21:30-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43