Milli komanda

Azərbaycan – Almaniya matçına nə qədər bilet satılıb?

MArtın 26-sı milli komandamız DÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Almaniya millisini qəbul edəcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, fevralın 1-dən etibarən satışa çıxarılan biletləri artıq 21 min azarkeş əldə edib. Bu rəqəmin oyun gününədək daha da artacağı gözlənilir.

Qeyd edək ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sözügedən stadion 31 min 200 azarkeş tutumuna malikdir.

Xatırladaq ki, matç martın 26-sı saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43