Milli komanda

Kamran Ağayev Almaniyaya qarşı oynaya biləcək?

Zədə səbəbindən millimizin ötən gün baş tutan məşqində iştirak edə bilməyən Kamran Ağayevin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qolkiperin durumu o qədər də ciddi deyil. 31 yaşlı əlcək sahibi bu gündən məşqlərə başlayacaq.

Qeyd edək ki, millimiz martın 26-da DÇ-2018-in seçmə mərhələsində Bakıda Almaniya millisini qonaq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43