Milli komanda

Yoahim Löv: “Azərbaycana qarşı amansız olacağıq”

Almaniya millisinin baş məşqçisi Yoahim Löv ölkəsinin mətbuatına verdiyi açıqlama zamanı millimizlə oyundan da danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis millimizlə oyunda amansız olacaqlarını bildirib.

“Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. Qarşıdakı oyunlara hazırlaşmaq üçün vaxtımız az oldu. İngiltərə ilə oyuna yaxşı hazırlaşa bilməsək də, hər cür çətinliklərin öhdəsindən gəlməliyik.  Ardınca Azərbaycanla vacib oyunumuz olacaq. Keyfiyyətli oyun sərgiləməyə çalışacağıq. Amansız olacağıq”,- deyə Löv bildirib.

Qeyd edək ki, bu gün İngiltərə ilə üz-üzə gələcək Bundestim martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43