Dünya futbolu

Kamerunlu futbolçu “Qalatasaray”dan ayrılır

“Qalatasaray”ın futbolçusu Aurelian Şedju mövsümün sonunda komandadan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə kamerunlu müdafiəçi özü açıqlama verib.

Fransa telekanalına danışan 32 yaşlı futbolçu İngiltərənin “Suonsi” və “Sauthempton” klubları ilə danışıqlar apardığını, lakin anlaşa bilmədiyini də əlavə edib.

Qeyd edək ki, Kamerun millisinin üzvü 2013-cü ildən İstanbul klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43