Kateqoriyasız

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Baş tutacaq səkkiz oyundan sonra 1/4 finala vəsiqə qazanan komandaların adı müəyyənləşəcək.

Günün maraqlı qarşılamalarından biri Tofiq Bəhrəmovda keçiriləcək. Burada iki Premyer Liqa klubu – “Qarabağ” və AZAL üz-üzə gələcək. 

“Bakı” və “Sumqayıt” klubları arasında keçiriləcək qarşılaşanın da maraqlı olacağını təxmin etmək olar. 

Azərbaycan kuboku

1/8 final

4 dekabr (çərşənbə)

13:00. “Qaradağ Lökbatan” – “Rəvan”

Bayıl Arena

13:00. “Bakı” – “Sumqayıt”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:00. “Mil-Muğan” – “Qəbələ”

Qəbələ şəhər stadionu

14:00. “Neftçi” – “Kəpəz”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

14:00. “Araz Naxçıvan” – “Simurq”

Naxçıvan Muxtar Respublika stadionu

16:30. “Qarabağ” – AZAL

Tofiq Bəhramov adına Respublika stadionu

17:00. “İnter” – “Şuşa”

“Şəfa” stadionu

17:00. “Xəzər Lənkəran” – “Neftçala”

”Xəzər Lənkəran” mərkəzi stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43