İdman

Azərbaycan Premyer Liqası: “Neftçi” “Səbail”ə uduzdu, “Qarabağ” – “İnter” görüşündə hesab açılmayıb – (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun görüşləri start götürüb.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günü iki qarşılaşma ilə əlamətdar olub. Turun açılış matçı "Dalğe Arena"da reallaşıb. Burada elitanın debütantı "Səbail" "Neftçi"ni sınağa çəkib. 

Günün digər qarşılaşması isə Suraxanı qəsəbəsindəki "Azərsun Arena"da baş tutaub. 

Qeyd edək ki, turun digər görüşləri "Kəpəz" – "Zirə" və "Qəbələ" – "Sumqayıt" oyunlarıdı.

 

Azərbaycan Premyer Liqası
II tur 
19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi” 1:0
Qollar:
Elman Taqayev, 90 (1:0)

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter” 1:0
Qollar: Əfran İsmayılov, 89 (1:0)

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
“Azersun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: 
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43