İdman

Azərbaycan Premyer Liqası: “Neftçi” və “Kəpəz” qələbə qazandı – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşləri start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günü iki oyun baş tutacaq. Turun start fiti “İnter Arena”da çalınacaq. Burada “İnter” digər paytaxt təmsilçisi “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərlan Əhmədovun başçılığı altında “Neftçi” ilk qələbəsini qazanmağa çalışacaq.

Turun digər görüşü isə əyalət klublarının qarşıdurması kimi yadda qalacaq. Belə ki, “Qəbələ” doğma divarlar arasında autsayder “Kəpəz”i sınağa çəkəcək.

 

Azərbaycan Premyer Liqası

VII tur
29 sentyabr (cümə)

16:00. “İnter” – “Neftçi” 0:2
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”
 
18:30. “Qəbələ” – “Kəpəz” 0:2
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43