Ölkə futbolu

Azərbaycan Premyer Liqası: “Qarabağ” qələbə qazandı – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında III turun görüşlərinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, 2 günə bölünən tura “İnter Arena”da start verilib. Açılış oyununda “İnter” “Səbail”i minimal hesabla üstələyib. Həmin gün “Baksell Arena”da “Neftçi” “Kəpəz”lə qolsuz heç-heçəyə razılaşdı.

Bu gün baş tutan 2 görüşdə isə ev sahibləri qələbəni bayram edib. “Zirə”nin “Sumqayıt”ı qəbul etdiyi qaşrılaşmada Ayxan Abbasovun komandası rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 Turun mərkəzi görüşü isə “Azərsun Arena”da baş tutub. Burada yerli “Qarabağ” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. İlk hissəsində qol olmayan matçın ikinci yarısında meydan sahibləri 2, qonaqlar isə 1 dəfə rəqib torunu silkələməyə müvəffəq olub. Beləliklə matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


26 avqust

Azərbaycan Premyer Liqası, 3-ci tur

20:30. “Qarabağ” – “Qəbələ” 2:1
Qol: 
Mahir Mədətov, 63 (1:0), Stiven Monroz, 69 (1:1), Miçel, 73 (2:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
“Azersun Arena”

18:00. “Zirə” – “Sumqayıt” 3:1
Qollar: Riçard Qadze, 52 (1:0), Vüsal İsgəndərli, 62 (2:0), 78 (3:0), Jozef Bum, 88-avtoqol(3:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

25 avqust

20:30. “Neftçi” – “Kəpəz” – 0:0

18:00. “İnter” – “Səbail” – 1:0 
Qol
: Nizami Hacıyev, 4
Qırmızı vərəqə: Tərlan Quliyev, 63 (“İnter”, ikinci sarı vərəqə)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43