Ölkə futbolu

Qurban Qurbanov Emin və Ramil transferləri haqda: “Ortada hələ heçnə yoxdu”

“Komandamda yorğunluq var idi. Futbolçularım istirahət etməyə imkan tapa bilməmişdilər. Daha sonra prezidentin qəbulunda olduq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının III turu çərçivəsində doğma meydanda “Qəbələ” ilə qarşılaşan və 2:1 hesbaı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Futbolçularına təşəkkür etdiyini bildirən “köhlən atlar”ın çalışdırıcısı qələbəyə görə sevincli olduğunu söylədi: “Çətin qələbə oldu. Özünüz də gördüz ki, ikinci hissədə dəyişikliklər edərək, oyunun axarını dəyişməyə çalışdım. Əsas odu ki, uşaqlar “Qəbələ” kimi komandaya qarşı yaxşı mübarizə apardılar”.

45 yaşlı mütəxəssis “Qarabağ”ın Portualiyanın “Bovişta” klubu ilə yollarını  ayrılan Emin Mahmudov eləcə də, Slovakiyanın “Jlina” kollektivində işləri qaydasında getməyən Ramil Şeydayevlə maraqlanmaları ilə bağlı suala isə bu cür cavab verib: “Bu barədə sizə məlumat verə bilməyəcəm. Biz “Qəbələ” ilə oyunu düşünürdük və qarşıdakı matçlara baxacağıq. Belə deyim də, ortada hələ heçnə yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43