Ölkə futbolu

Roman Qriqorçuk: “Qələbəyə ustalıq səviyyəsinin çatmaması mane oldu”

Bu gün Premyer Liqanın II turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, o, məğlubiyyəti bu cür izah edib: "Xal qazanmağımıza ilk növbədə lazımı anda qol vurmaq üçün ustalıq səviyyəsinin çatmaması mane oldu. Halbuki qol üçün yetərli imkanlarımız oldu. Bundan başqa, müdafiə xəttində də kobud səhvlər buraxdıq. Əgər rəqib futbolçu qapı ilə üz-üzə 5 metrlikdən heç maneəsiz qol vurursa, deməli kobud səhv buraxmışıq". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43