Ölkə futbolu

Azərbaycan Premyer Liqası, XX tur: bügünkü oyunlara necə baxaq?

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq iki qarşılaşmanın heç biri televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. 17:00-da başlayacaq “Xəzər Lənkəran” – “İnter” görüşünü azarkeşlər “Xəzər Lənkəran TV”də canlı olaraq izləyə biləcəklər.

Saat 16:00-da başlayacaq “Qarabağ” – “Bakı” matçının Ağdam klubunun rəsmi saytı vasitəsi ilə canlı yayımlanıb-yayımlanmayacağı isə sual olaraq qalır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43