Ölkə futbolu

Vobaydan Mirça Rednikə “yox” cavabı: “Neftçi”dən ayrılmayacam”

“Nefçi”nin futbolçusu Julius Vobay Azərbaycan Premyer Liqasının 20-ci turunda “Simurq”la qolsuz bərabərə qaldıqları matçdan sonra açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın üzvü matçla bağlı fikirlərini açıqlayarkən, daha sonra “Petrolul”un baş məşqçisi Mirça Rednikin onu komandasına dəvət etməsinə də münasibət bildirib

“Biz yaxşı oynadıq, sadəcə bəxtimiz gətirmədi. Qol imkanlarından yararlana bilmədik. Daha bu oyunu unudub qarşıdakı matçları düşünməliyik. Növbəti görüşlərdə meydanı üç xalla tərk etməyə çalışacağıq.

Futbolçu olduğum üçün bu cür dəvətlərin gəlməsi normal haldır. Amma mən “Neftçi”nin futbolçusuyam və buradan ayrılmayacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43