İdman

Azərbaycan Premyer Liqasında baş məşqçi ayrılığı

Bu gün “Səbail” PFK-nın rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, görüşdə “Səbail”in Azərbaycan Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. 

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin “Səbail” PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. 

“Səbail” PFK Samir Əliyevə klubun baş məşqçisi kimi fəaliyyətinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43