Ölkə futbolu

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır

Bu gün Azərbaycan Premyer Liqada 2017-18 mövsümünün püşkatması olacaq.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 12:00-da başlayacaq. Püşkatmada ilk turda qarşılaşacaq rəqiblər və növbəti turların cədvəli bəlli olacaq.

Mərasim “CBC Sport” kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43