İdman

Azərbaycanda klub prezidentinin halı pisləşdi, xəstəxanaya çatdırıldı: “Sağolsun, bütün xərcləri Firdovsi Umudov öz boynuna götürdü”

Bir müddət öncə “Göyəzən”in prezidenti Mehdi Salmanovun vəziyyəti qəfildən pisləşərək xətəxanaya çatıdırılıb.

İdmanxeber.com-un məlumatına görə, Qazaxdan Bakıya iş üçün yola düşən klub rəsmisi Yevlax rayonunda nəfəsinin çatmadığını bildirərək, huşunu itirib və dərhal təcili tibbi yardım maşını ilə Gəncədəki klinikalardan birinə yerləşdirilib. Hazırda vəziyyətinin nə yerdə olduğunu öyrənmək üçün Salmanovla əlaqə saxladıq:

“Təşəkkür edirəm, əlaqə saxladığınız üçün. Belə bir hadisə olmuşdu, noyabr ayında. Mənim böyrəyimdə daş var idi. Böyrəyində daş olan adamlar bilər, bu hal anidən nəfəs çatışmazlıqlarını gətirir, insanın nəfəsi daralır. Gerisini xatırlamıram. Şükürlər olsun, artıq əməliiyat da olmuşam. Yaxşı qurtardıq. Allah razı olsun, bu işdə əslən qazaxlı olan Firdovsi Umudov (sərbəst güləş üzrə böyüklərdən ibarət milli komandamızın baş məşqçisi) əlindən gələn köməyi əsirgəməyib, bütün əməliyyat xərclərini o ödəyib. Tək o yox, digər dostlarım da, yardımlarını əsirgəməyiblər. Bütün bu olanları mən ayılandan sonra danışıblar. Heçnədən xəbərim olmayıb”.

“Göyəzən”in prezidenti hazırda evdə olduğunu, bu gün komandaya baş çəkəcəyini söyləyədi: “Bilirsiz ki, futbol bizim həyatımızdı. Futbolsuz bir günümüz olmasın. İnşallah, görüşəcəm futbolçularımla. “Regon Liqası”nda ilk iki görüşdə qalib gəlmişik. Komandamızda irəliləyiş var. İstəyimiz odu ki, bu yarışda yer tutaq. Əgər burda yer tuta bilməsək, I Diviziona qayıtmağın nə mənası var?” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43